"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “Kənd əhalisinin yalnız 3 faizinin mülkiyyət hüquqlarını təsdiq edən sənədi mövcuddur”

--2023-01-31 / 13:10

"Ötən illə müqayisədə büdcə gəlirləri 13% artıq olmuşdur”- Zakatala rayonu Danaçı bələdiyyəsinin sədri Amrulla Hallayev bildirib.

Sədrin sözlərinə kənd əhalisinin yalnız 3 faizinin mülkiyyət hüquqlarını təsdiq edən sənədi mövcuddur. Bələdiyyənin də çətinliyi məhz bununla bağlıdır. Sözsüz ki, vergilərin yığımında ümumi çətinliklər var. Lakin əmlak vergisinin yığımında ayrıca problemlər mövcud deyil.

Qeyd edək ki, Zakatala rayonu Danaçı bələdiyyəsinin ötən il əldə etdiyi büdcə gəliri 114.337 manat olub.

Danaçı bələdiyyəsinin əldə etdiyi vəsaitin 27.886 manatı torpaq vergisindən, 14.817 manatı əmlak vergisindən, 42.412 manatı icarə haqqlarından daxil olub. il ərzində bələdiyyə büdcəsinə torpaq satışında 6.350 manat maliyyə vəsaiti daxil olub. Danaçı bələdiyyəsinə ötən il 3.200 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Danaçı bələdiyyəsi şimaldan Maqov, Fındıqlı, qərbdən Balakən rayonunun ititala və Zaqatala rayonunun Aşağı Çardaxlar kəndləri ilə həmsərhəd olaraq Danaçı və Uzunqazmalar kəndlərindən ibarətdir.

ŞƏRHLƏR